Merilin Monro yadplanetlilərə görə öldürülüb - FOTO

14-09-2021, 08:55           
Merilin Monro yadplanetlilərə görə öldürülüb - FOTO
XX əsrin ən məşhur kino ulduzlarından, seks simvollarından və pop ikonlarından biri Merilin Monronun ölümü barədə yeni iddialar irəli sürülüb. Belə ki, amerikalı aktrisanın yad planetlilər barədə məlumatlı olması səbəbilə öldürüldüyü bildirilib.

Müvafiq iddianı britaniyalı yazıçı Nik Redfernin “Diary of Secrets: UFO Conspiracies and the Mysterious Death of Marilyn Monroe” kitabında bildirib.

Redfer iddia edir ki, ABŞ-in o vaxtkı prezidenti Con Kennedi aktrisaya qəzaya uğramış UNO və ABŞ hərbi bazalarında saxlanılan qəribə cəsədlər haqqında gizli sənədlər göstərib. Bu isə aktrisanın həyatı bahasına başa gəlib.

Monronun ölümünün rəsmi versiyasına baxmayaraq (həddindən artıq narkotik) yazıçı əmindir ki, bu, yadplanetlilər haqqında məlumatların ictimaiyyətə sızmaması üçün MKİ agentləri tərəfindən hazırlanmış bir “maska” idi.

Qeyd edək ki, Merilin Monro 1962-ci ilin avqustun 5-də 36 yaşında vəfat edib. Aktrisanın ölümünün rəsmi səbəbi yuxu həbi olaraq təyin edilən barbituratların həddindən artıq dozası göstərilib. Lakin onun ölümünün qəza, qətl və ya intihar olub-olmadığı hələ də bəlli deyil. Tək o məlumdur ki, məşhur və nüfuzlu ulduzun kommunistlərin tərəfinə keçəcəyindən qorxan FTB onu 1955-ci ildən izləyib.oxu














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.