"Bu, insanları məyus edir" - Xanlarovadan Firuzə İbadovaya

22-10-2021, 12:29           
"Bu, insanları məyus edir" -
"Sənətkarlara sağkən layiq olduqları dəyər, ədalətli şəkildə verilməlidir. Çünki daha sonra gec olur...".

Teref.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Mehriban Xanlarova sosial şəbəkədə yazıb. Aktrisa Əməkdar artist Firuzə İbadova ilə bağlı paylaşım edərək, ona dəstək çıxıb:

"Ömrünün yarısını Azərbaycan mədəniyyətinə həsr etmiş Məhəbbət Kazımov, Baloğlan Əşrəfov və Zöhrə Abullayeva kimi sənətkarların "Əməkdar artist" fəxri adı ilə dünyalarını dəyişməsi, bir çox insanları məyus etmişdi. Firuzə İbadova da ömrünün yarısını Azərbaycan mədəniyyətinin inkişafına həsr edib. Gec olmadan, layiq olduğu dəyəri görməlidir. İnanıram ki, tez bir zamanda Firuzə xanımın sosial durumunun yaxşılaşdırılması üçün və sənət fəaliyyətinə aidiyyəti qurumlar tərəfindən diqqət və qayğı göstəriləcəkdir".

Qeyd edək ki, F.İbadova 32 kvadratmetrlik şəraitsiz evdə yaşadığını bildirib. O, yaşayışının yaxşılaşdırılması üçün müraciət edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru