Tanınmış repçi Eynar güllələnərək öldürüldü - FOTO 23-10-2021, 00:06 İsveçdə məşhur repçi Eynar öldürülüb.Bizim.Media xəbər verir ki, əsl adı Nils Kurt Erik Eynar Qrönberg olan 19 yaşlı musiqiçi paytaxt Stokholmda güllələnib.Polis faktla bağlı araşdırmalara başlayıb. Şübhəli şəxslərin axtarışları aparılır.Qeyd edək ki, onun mahnıları dəfələrlə İsveç top onluqlarında birinci yeri tutub. O, reprlərində cinayətkar həyat tərzini romantikləşdirdi. Facebook-da paylaş