Həyat yoldaşından Ağadadaş Ağayevin səhhəti ilə bağlı -Açıqlama

23-10-2021, 07:44           
Həyat yoldaşından Ağadadaş Ağayevin səhhəti ilə bağlı -Açıqlama
Xəbər verdiyimiz kimi, Xalq artisti Ağadadaş Ağayev bir müddət əvvəl yenidən müayinə olmaq üçün Türkiyəyə getmişdi.

Xərçəngdən əziyyət çəkən müğənninin xanımı Axşam.az-a açıqlamasında onun səhhətindən danışıb. O bildirib ki, A.Ağayev hazırda özünü yaxşı hiss edir: "Hər 3 aydan bir müayinəyə getməlidir. Budəfəki yoxlanış yaxşı keçdi. Bütün müayinələr təmiz çıxdı. İndi özünü yaxşı hiss edir. Artıq Bakıya qayıtmışıq".

Qeyd edək ki, A.Ağayev xərçəngdən əziyyət çəkir. Müğənni üç dəfə əməliyyat olunub. İfaçı ötən ayın 21-də müayinə üçün İstanbula yollanmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru