Aktyorun operatoru güllələdiyi filmlə bağlı detallar ÜZƏ ÇIXDI - İnsidentdən bir neçə gün əvvəl…

23-10-2021, 11:37           
Aktyorun operatoru  güllələdiyi filmlə bağlı detallar ÜZƏ ÇIXDI -
ABŞ-da Hollivud aktyoru Aleks Balduinin baş rolda çəkildiyi “Pas” (Rust) filmdə yaşanan faciə ilə bağlı yeni məlumatlar yayılıb.

Bizim.Media xəbər verir ki, “Los Angeles Times” nəşri filmin çəkiliş qrupunun insidentdən bir neçə gün əvvəl ciddi daxili fikir ayrılıqları ilə üzləşdiyini yazıb.

Filmdə baş verən səhvən güllələnmə səhnəsindən əvvəl, təxminən 12 işçi iş şəraitinə etiraz edərək kollektivi tərk edib.

Ayrılıq səbəbi kimi həm əməkhaqqının ödənilməsi şərtləri, həm də məcburi iş vaxtından narazılıq göstərilib.

Çəkilişlərinə oktyabrın 6-da başlanan filmin yaradıcı heyətinə pavilyona yaxın ərazidə yerləşən Santa Fe şəhərində oteldə qalma pulu veriləcəyi vəd edilsə də, buna əməl olunmayıb. Həmçinin, çəkiliş qrupunun üzvləri pavilyona gəlmək üçün hər gün 80 km yol qət edirmiş.
Xatırladaq ki, ötən gün Nyu Meksiko çəkiliş pavilyonunda “Pas” filminin çəkilişi zamanı senariyə uyğun olaraq atışma səhnəsində baş rolu oynayan aktyor A.Bolduinin atəş açdığı silah səhvən boş patronlardan deyil, həqiqi, döyüş qabiliyyətli patronlarla doldurulub.


Filmi lentə alan operator və rejissor güllə yarası alıb. Xanım operator sanitar aviasiya vasitəsilə xəstəxanaya aparılsa da orda dünyasını dəyişib.


Aleks Balduinin yaşanan hadisədən sonra güclü sarsıntı keçirdiyi bildirilir. Onun polis bölməsindən çıxarkən ağladığı görüntülər yayılıb. Aktyora cinayət işi açılmayıb.

Qeyd edək ki, hazırda filmin çəkilişi dayandırılıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.