Bu ilin ən çox gəlir gətirən filmi açıqlanıb - FOTO/VİDEO

26-10-2021, 08:22           
Bu ilin ən çox gəlir gətirən filmi açıqlanıb - FOTO/VİDEO
Çinin “The Battle of Lake Changjin” (“Çosin su anbarı yaxınlığında döyüş”) döyüş dramı bu il dünyada ən çox gəlir gətirən filmi olub.

Məlumata görə, sentyabrın sonunda ekranlara çıxan blokbaster kassada heyrətamiz miqdarda - 828,1 milyon dollar qazanıb.

Filmin bu uğuru əsasən Çində yayılması sayəsində olub. Bununla belə, heç bir Hollivud filmi gəlirlərinə görə onu keçməyib.

Rejsorlarının Çen Kayqe, Tsuy Hark və Dante Lam olan film 1950-ci ildə Koreya müharibəsi əsnasında gerçək bir döyüşdən bəhs edir.

Qeyd edək ki, pandemiya başlayandan bəri ən gəlirli ABŞ filmi, yaz aylarında çıxan “Fast & Furious 9” (“Forsaj-9”) filmidir. Film ABŞ-da və dünyada 716 milyon dollar gəlir qazanıb.

Mənbə: “The Hollywood Reporter”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru