Rusiyada Moskva metropolitenində “Kalmar oyunu” - VİDEO

18-11-2021, 08:39           
Rusiyada Moskva metropolitenində “Kalmar oyunu” - VİDEO
Rusiya paytaxtında “Şosse Entuziastov” metro stansiyasını daşqına məruz qalıb. Su basqınına qəfil yaxalanan sərnişinlər isə stansiyadan çıxmaq üçün “Kalmar oyunu” oynamaq məcburiyytəində qalıb.

Bununla bağlı sosial şəbəkələrdə kadrlar paylaşılıb. Videodan görünür ki, daşqına məruz qalan stansiyada sərnişinlərin keçə bilməsi üçün yerə əl altında olan şəyalar – lövhələr, köhnə oturacaqlar və başqa əşyalar döşənib. İnsanların onun üzərində hərəkəti isə Koreya istehsalı olan məşhur serialın səhnələrini xatırladıb.


““Rusiyanın “Kalmar oyunu””, “Bu serialda oyunçuların şüşə lövhələri keçməli olduğu səhnədir. Burda da lövhələri tapdalamaq və yıxılıb-yıxılmayacağını təxmin etmək lazımdır”, - deyə istifadəçilər paylaşılan görüntüyə münasibət bildiriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru