Məşhur müğənni "Taksim"dəki terror zamanı orada imiş

19-03-2016, 20:17           
Məşhur müğənni "Taksim"dəki terror zamanı orada imiş
Məşhur ingilis rok qrupu "Skunk Anansie"nin solisti Skin İstanbulda az əvvəl 5 nəfərin ölümü ilə nəticələn terror zamanı orada olduğunu yazıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, həmin vaxt hadisənin baş verdiyi Taksim meydanının yaxınlığında olan Skin sosial şəbəkədə "otelimizin çölündə böyük bomba partlayışı oldu, sarsıldım, amma yaxşıyam. Qorxunc səhnələr var" yazıb.

Səhnə adı "Skin" olan Debarah Anne Dyer İstanbulda terrordan əvvəl çəkdiyi bir fotonu paylaşaraq yazıb:

"Qorxunc partlayışdan əvvəl çəkilən gözəl İstanbul mənzərəsi. Ürəyim bu faciəyə tuş gələn insanlar və ailələrinin yanındadır".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru