Hamı qazini ayaqüstdə alqışladı, Brilliantdan başqa (VİDEO)

20-11-2021, 09:52           
Hamı qazini ayaqüstdə alqışladı, Brilliantdan başqa (VİDEO)
Daha bir qazimiz "Səs Azərbaycan” layihəsinə qatılıb.

Qaynarinfo xəbər verir ki, Murad Bayramlı adlı iştirakçı müsabiqədə "Nazəndə sevgilim” mahnısını ifa edib. Onun çıxışına Xalq artistləri-Brilliant Dadaşova və Tünzalə Ağayeva bəyənərək geri dönüblər. Murad yarışmaya Bakıdan qatıldığını və Vətən müharibəsində iştirak etdiyini söyləyib. Qazinin sözlərindən sonra tamaşaçılar və münsiflər ayağa qalxaraq onu alqışlayıb.

B. Dadaşovanın əyləşməyə davam etməsi sosial şəbəkələrdə müzakirə doğurub. Hər kəs müğənninin bu addımını tənqid edib.

Murad isə T. Ağayevanı seçib.

Qeyd edək ki, qazimiz Cəbrayıl və Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.