“Zeynəb Xanlarova özünə sığışdırmadı çıxıb desin ki, yalansa haqq belinizdən vursun...”

20-11-2021, 11:43           
 “Zeynəb Xanlarova özünə sığışdırmadı çıxıb desin ki, yalansa haqq belinizdən vursun...”
“Zeynəb Xanlarovanı heç kim gözdən sala bilməz. O Allahın vergisidir. İstədilər nəsə etsinlər, amma istəkləri ürəklərində qaldı. O qadına şər atdılar, guya ki, uşaq pulunun kəsilməsində birbaşa onun əli var. Elə şeylər olmayıb. Amma Zeynəb Xanlarova özünə artıq saydı, sığışdırmadı, çıxıb desin ki, bütün bunlar hamısı yalandır. Necə ki, mənim adımdan yalandan çox sözləri yazmışdılar”.

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Afaq Bəşirqızı bildirib. O, sənət adamlarına qara yaxan insanlardan danışıb.

“Bütün bu hallar düşmən təxribatı idi. Düşmənə işləyən ünsürlər, quyruqlar, alçaqlar idi. Camaatın pulunu respublikada lombardlardan götürüb qaçan biqeyrətlər idi. Hansı ki, daha sonra haqdan-ədalətdən danışırdılar. Yalansa haqq sizin belinizdən vursun. Bizə qələbə, qələbə, yenə də qələbə yaraşır. Bu olmasa nə o dünyada, nə də bu dünyada mənim yerim yoxdur”, - deyə sənətkar bildirib.шаблоны для dle 11.2



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.