204 minlik üzük, 48 minlik gəlinlik... - FOTOLAR

24-11-2021, 07:09           
204 minlik üzük, 48 minlik gəlinlik... - FOTOLAR
Model Pərvin Həsənzadə bir neçə gün öncə türk memar Cihad Önerlə ailə qurub. Gecədə iki gəlinlik dəyişən Pərvinin toyu ilə bağlı bəzi detallar ortaya çıxıb.

Teref.az xəbər verir ki , özəl günü üçün tanınmış gəlinlik brendindən iki libas seçən Pərvin bunun üçün 48 min lirə pul xərcləyib.

Modelin əlindəki üzüklər də diqqət çəkib. Məlum olub ki, onlar sənətçiyə həyat yoldaşı tərəfindən nişanda və toyda hədiyyə edilib.

Nişan üzüyünün qiyməti 108 min lirə, toyda hədiyyə edilən üzüyün qiyməti isə 204 min lirədir.
Qeyd edək ki, cütlüyün toyu Sait Halim Paşa yalısında baş tutub, gecəyə azsaylı qonaqlar dəvət edilib.

Onu da bildirək ki, P.Həsənzadə “Miss Eurasia 2014”, “Miss Bikini MDB 2014”, “Miss Asia 2014” yarışlarının qalibi olub. O, həmçinin 2016-cı ildə Bolqarıtanda “Miss Lady Universe” yarışmasında “Perfect Body” seçilib. Model uzun aylar Hindistan, İtaliyada çalışıb. O, bir neçə ildir İstanbula köçərək fəaliyyətini orada davam etdirir.OLAY




шаблоны для dle 11.2



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.