Cennifer Lopes azərbaycanlı Ayselin dükanını bağlatdırdı – FOTO

27-03-2016, 02:04           
Cennifer Lopes azərbaycanlı Ayselin dükanını bağlatdırdı – FOTO
Dünyaca məşhur ulduz Cennifer Lopes rusiyalı maqnat Mixail Qutseriyevin ikinci oğlu Səidin toy mərasiminə qatılmaq üçün Moskvaya gedib.
teref.az axşam.az-a istinadən bildirir ki, müğənni alış-veriş edərkən fotoqrafların obyektivinə tuş gəlib. Ceylo azərbaycanlı iş xanımı Aysel Trudelin “Aizel” butikinə yollanıb. Müğənni yeni libaslar alaraq, qarderobunda dəyişiklik edib. Mağaza 2 saata yaxın Lopes üçün bağlanılıb. Aysel şəxsən özü ifaçı üçün libaslar seçib.
Qeyd edək ki, bu Lopesin “Aizel” butikindən ilk alış-verişi deyil. Bundan əvvəl də Ceylo Moskvaya gələrkən mağazaya yollanmış, libaslar almışdı.
Milli.Az bildirir ki, Aysel Hüseynova məşhur memar Lui Trudellə ailə qurandan sonra soyadını dəyişərək “Trudel” olub. O, “Landau Fashıon Group” şirkətinin sahibidir. Aysel Trudel son vaxtlar əsasən Monakoda yaşayır.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.