Uzun fasilədən sonra səhnəyə qayıdan türkiyəli müğənni Seren Serengil Gürcüstanın Batumi şəhərində konsert proqramı ilə çıxış edib.
Onun konsertdən paylaşdığı görüntülər ciddi müzakirələrə səbəb olub. Belə ki, “Photoshop” proqramından istifadəyə geniş yer verən müğənninin qolu qəribə vəziyyətə düşüb.
Onun “Istagram” hesabından paylaşdığı fotoya isləyiciləri “qolun hanı?” deyə şərhlər yazıblar.
Qeyd edək ki, Seren Serengil artıq çəkilərindən xilas olmaq üçün bıçaq altına uzanıb və 43 kiloqrama qədər arıqlayıb.