Küveyt yəhudi aktrisaya görə bu filmi qadağan etdi
8-02-2022, 12:46
“Nildə ölüm” detektiv filmi İsrail əsilli aktrisa Qal Qadota görə Küveytdə qadağan edilib.
Kult.az xəbər verir ki, bu barədə “İsrael Tayms” məlumat yayıb.
Məlumata görə, film bu ay nümayiş etdirilməli idi. Lakin ölkə rəhbərliyi sosial şəbəkələrdəki tənqidlərdən sonra detektivin nümayişinə qadağa qoyub. İstifadəçilər bildiriblər ki, Qadot İsrail ordusunda xidmət edib, buna görə də onun çəkildiyi film Küveytdə nümayiş oluna bilməz.
Qeyd edək ki, İsrail və Küveyt arasında diplomatik əlaqələr yoxdur və İsrail pasportu olan bütün şəxslərin ölkəyə girişi qadağandır.