Billi Ayliş boğulan pərəstişkarına görə konserti dayandırdı - VİDEO

9-02-2022, 10:23           
Billi Ayliş boğulan pərəstişkarına görə konserti dayandırdı - VİDEO
Amerikalı pop müğənni Billi Ayliş Corciya ştatının Atlanta şəhərində verdiyi konsert zamanı pərəstişkarına kömək edib.

Məlumata görə, müğənni nəfəs almaqda çətinlik çəkən pərəstişkarına görə şounu dayandırıb. Sonra isə qızdan inqalyator lazım olub-olmadığını soruşub.

“Hər şey yaxşıdır, hər şey qaydasındadır. İnqalyatorumuz var. Uşaqlar, ona bir az vaxt verin. Sıxlıq etməyin. Rahat ol, hər şey qaydasındadır”, – deyə sonra Ayliş sözlərinə davam edib.

İfaçı pərəstişkarının yaxşı olduğuna əmin olduqdan sonra ona havadan öpüş göndərib və “səni sevirəm” deyərək konsertinə davam edib.

Qeyd olunur ki, bu, sənətçinin pərəstişkarlarına görə çıxışını ilk dayandırması deyil. 2021-ci ilin payızında, Nyu-Yorkda “Governors Ball” festivalı zamanı o, mahnı oxumağını dayandırıb və mühafizəçilərdən insanların toplaşdığı yerdə hər şeyin qaydasında olub-olmadığını yoxlamasını istəyib.


Mənbə: Lenta.ru












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.