Zendaya serial çəkilişi zamanı ayağından zədələnib - VİDEO
9-02-2022, 10:35
Məşhur amerikalı aktrisa, müğənni və model Zendaya “Eyforiya” (“Euphoria”) serialının ikinci mövsümünün beşinci bölümünün çəkilişi zamanı ayağından zədələnib.
Bu barədə onun özü məlumat verib.
Aktrisanın sözlərinə görə, hadisə personajı Runun bacısının otağının qapısına təpiklə vuraraq gizlədilmiş narkotik maddələrini axtarması barədə kadrların çəkilişi zamanı baş verib.
“Çətin gün idi. Travma aldım. Ayaqlarımda qançırlar var idi, bir neçə çapıq qaldı”, - deyə Zendaya xatırlayır.
Sem Levinsonun “Eyforiya”sının ilk sezonu 2019-cu ildə işıq üzü görüb.