Əslən azərbaycanlı olan məşhur aşpaz Bakıda müsabiqə elan etdi – VİDEO

9-02-2022, 17:54           
Əslən azərbaycanlı olan məşhur aşpaz Bakıda müsabiqə elan etdi – VİDEO
Rusiyada yaşayan əslən azərbaycanlı, dünya şöhrətli kulinar, teleaparıcı, kulinariya üzrə bir çox kitabların müəllifi olan Stalik Xankişiyev Bakıda səfərdədir.

Stalik Xankişiyev özünün şəxsi “YouTube” kanalında video paylaşaraq Bakıya gəlməsindən böyük məmnunluq hissi keçirdiyini söyləyib:

“Mən dünyanın ən möhtəşəm şəhərlərindən biri olan Bakıdayam. Bu, qədim, böyük şəhər hər zaman gənc olaraq qalır. Çünki burada həmişə yeni nələrsə inşa edilir və nəticədə bu şəhər daha da gözəlləşir”.

Dünya şöhrətli aşpaz 2022-ci ilin yazında Bakıda keçiriləcək möhtəşəm kulinariya festivalı barədə də məlumat verib.

“Öz sahəsində uğur əldə etmiş kulinariya bloqerləri fəxri qonağı kimi bu festivalda iştirak edə bilərlər. Beləliklə, mən də öz növbəmdə “YouTube” bloqerləri arasında Azərbaycan mətbəxinə həsr edilmiş müsabiqə elan edirəm. Şərtləri çox sadədir. Siz evinizdə Azərbaycan mətbəxinə aid olan yemək hazırlayırsınız və bu prosesi çəkərək “YouTube”a yerləşdirirsiniz. Və qeyd edirsiniz ki, bu çəkiliş Stalik Xankişiyevin kanalındakı müsabiqə üçün nəzərdə tutulub. Mən isə canlı yayımda sizin əl işlərinizlə tanış olaraq onlara qiymət verirəm. Nəticədə biz bir neçə nəfər qalibi seçirik və onlar mənimlə bərabər fəxri qonaq kimi 2022-ci ildə Bakıda keçiriləcək festivala qatılırlar”, - deyə məşhur kulinar bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.