Bir yerdə yaşamağa qərar verən “Hörümçək adam”ın ulduzları Ancelina Coliyə qonşu oldular - FOTO

10-02-2022, 09:48           
Bir yerdə yaşamağa qərar verən “Hörümçək adam”ın ulduzları Ancelina Coliyə qonşu oldular - FOTO
“Hörümçək adam” (“Spider man”) film seriyasının ulduzları - Tom Holland və Zendaya birlikdə yaşamaq qərarına gəliblər. Onlar bu məqsədlə ilk birgə malikanələrini alıblar.

Bu barədə “The Mirror” öz mənbəsinə istinadən məlumat yayıb.

Hollivud cütlüyünün yeni evi Londonun cənubunda Ancelina Coli, Tom Hardi və Mik Caqqer kimi məşhurların evlərinin olduğu “Richmond” yaşayış massivində yerləşir. Bundan əlavə, Hollandın valideynləri yaxınlıqda yaşayırlar.

Bildirilir ki, aktyorlar malikanənin alınması üçün təxminən dörd milyon dollar ödəyiblər, ümumi əmlakın almaq isə münasibətlərində ciddi addım olub.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.