“Muhteşem Yüzyıl” və “Kurtlar Vadisi”nin aktyoru arvadına görə insanlara bıçaqla hücum etdi – VİDEO

11-02-2022, 09:28           
“Muhteşem Yüzyıl” və “Kurtlar Vadisi”nin aktyoru arvadına görə insanlara bıçaqla hücum etdi – VİDEO
“Kurtlar Vadisi” və “Muhteşem Yüzyıl” kimi seriallarda rol alan Bahadır Ünlü İstanbulun Beyoğlu məhəlləsində həyat yoldaşının işlədiyi restoranda xanımı ilə ilə mübahisə etdiyi iddia edilən müştərilərə dəhşət dolu anlar yaşadıb.

Məşhur şəxs mübahisə zamanı bıçaq götürərək müştərilərin üzərinə cumub. O, bıçağın sapı ilə müştərisinin başına dəfələrlə zərbə endirib.

İddialara görə, hadisə yanvarın 20-də baş verib. Zərərçəkmiş müştəri şikayət etməyib.

Lakin Ünlü həmin anların kamera görüntülərini sosial media hesabında paylaşdıqda Beyoğlu Rayon Polis Şöbəsi qrupları dərhal hərəkətə keçib.

Ünlü saxlanılaraq polis bölməsinə aparılıb. Bir müddət sonra isə o, sərbəst buraxılıb.


Mənbə: “Haber Global”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.