Sergey Qriqoryan Röyanın fanatı imiş... - Ermənilər qəzəbləndilər

12-02-2022, 12:23           
Sergey Qriqoryan Röyanın fanatı imiş... -
Əslən Ermənistandan olan Rusiyanın məşhur vizajisti Qohar Avetisyanın keçmiş əri Sergey Qriqoryan Xalq artisti Röya Ayxanı dinləyir.

Teref.Az olay-a istinadən xəbər verir ki, bu barədə o, 200 minə yaxın izləyicisi olan instaqram hesabında məlumat verib.

Sergey sorğu-cavab zamanı Röyanın "Vlyublena" (Влюблена) mahnısını paylaşaraq onun hesabını tağ edib. O, ən sevdiyi mahnının həmin bəstə olduğunu vurğulayıb. Qriqoryanın həmin paylaşımı bəzi erməni abunəçiləri də qəzəbləndirib.

Onlar Sergeyə növbəti sual ünvanlayıblar:

"Deyəsən, azərbaycanlılarla anlaşırsan, çünki onların müğənnisini dinləyirsən?"














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.