9-cu dəfə ərə gedən müğənni: Özündən 27 yaş kiçik ər, oğlundan 3 yaş böyük “ata”lıq... Özündən 27 yaş kiçik ər, oğlundan 3 yaş böyük “ata”lıq...
15-03-2022, 17:18

Efirində özündən gənc, gözəl, istedadlı xanımları qısqanaraq aşağılamaqla özünü sakitləşdirən və bu xüsusiyyəti ilə tanınan türkiyəli müğənni, aktrisa, aparıcı Seda Sayan Azərbaycanlı müğənnilər Günel Zeynalovanı, İradə İbrahimovanı, Şəbnəm Tovuzlunu öz verlişində necə aşağladığnı yazmışdıq.
Onu məşhur edən bir də başqa bir məziyyəti ilə hər zaman gündəmdə olmağı da Seda bacarıb.
Məşhur müğənni bu dəfə oğlu Oğulcan Engindən ( 1990-cı il doğumlu) 3 yaş böyük olan aparıcı həmkarı ilə doqquzuncu dəfə ailə həyatı qurmağa hazırlaşır.
Adalet.az xəbər verir ki, 60 yaşlı Seda Sayan doqquzuncu dəfə ərə getməyə hazırlaşır. 9-cu ər kimdir? –deyə soruşarsınız, cavab verək: O, bərabər çalışdığı və özündən 27 yaş kiçik musiqiçi Çağlar Öktendən (1987-ci il doğumlu) evlilik təklifi (guya) alıb..
Sedanın səhnələşdirdiyi evlilik təklifi: 14 Fevral – Sevgililər Günündə Çağlar Öktenin Beyoğlunda verdiyi konsertdən sonra baş verib. O, cibindən təkqaş üzük çıxarıb və Sayana evlilik təklifi edib. Təklif qarşısında şok yaşayan müğənni (guya birinci dəfədir ) şahidlərin qarşısında təklifə “sonsuzadək hə” cavab verib.
Qeyd edək ki, 26 yaşına qədər evlənib evlənmədiyi dəqiqləşdirilməyən Seda Sayan 26 yaşında ilk həyat yoldaşı futbolçu Ridvan Kılıc (1955-ci il doğumlu) nigaha girdiyi deyilir. Evlilik 6 aydan sonra bitib. Bitər-bitməz isə Seda Sayan özünü futbolçu Sinan Erginin (1964-cü il doğumlu) qollarına atdı. 1990-cı ildə uzun müddət sevgili olduğu Sinanı nigah masasına oturda bildi. 5 illik evlilikdən cütlüyün Oğulcan adlı övladı oldu.
Mahsun Kırmızıgüllə ( 1969-cu il doğumlu) 3 il birlikdə olan Seda Sayan nikah masasına oturmayaraq bu birliyi imam nikahı ilə davam etdirib. 3 ildən sonra olaylı şəkildə Mahsundan ayrılıb.
Etilerdə qırmızı işıqda tanış olduğu Soner Yapacığa (1974-cü il doğumlu) dərhal evlilik təklifi edən Seda Sayan 25 avqust 1998-ci ildə ilk tanışlıqdan 3 dəqiqə sonra Soner Yapacıkla evlilik qərarı alıblar. Lakin onların evliliyi qısa sürdü.
Soner Yapacık ilə evliliyini ani bir qərarla bitirən Seda Sayan 2000-ci ildə ani bir qərarla məşhur iş adamı Tuncay Kıratlı (1966-cı il doğumlu) ilə evlənmək qərarına gəlib. Bu dəfə də nigah tez pozuldu.
Futbolçu Gökhan Şükürlə (1971-ci il doğumlu) Seda Sayan 2004-cü ildə gizli toy ediblər. 1 il 1 ay sonra boşandılar. 2005-ci ildə məhkəmədə bitdi.
O, daha sonra müğənni Nihat Doğanla toy edərək imam nigahı ilə birgə yaşadı.
Seda Sayan və Onur Şan (1981-cil doğumlu) 1 fevral 2008-ci ildə rəsmi nikaha daxil olublar, 2010-cu ilin fevralında boşanıblar.
Qeyd edək ki, Seda Sayan 8 ərinin hər bir əri ilə toy çaldırıb, gəlinlik geyinib. Odur ki, medianın yazdığı kimi müğənni bu dəfə 7 deyil, 9-cu dəfə ərə gedir.
P.S. Dünyanın “çoxevli” məşhur qadını ötən il dünyasını dəyişən Zsa Zsa Qabordur. Həmin aktrisanın 9 evliliyi olub. Seda Sayan sonuncu evliliyini də rəsmiləşdirsə Zsa Zsa Qabor qəbrində təes dönəcək.
Əntiqə Rəşid