Sahibsiz itlərin öldürülməsini istəməsi müğənniyə baha başa gəldi

17-03-2022, 10:17           
Sahibsiz itlərin öldürülməsini istəməsi müğənniyə baha başa gəldi
Tviter hesabında sahibsiz itlərin öldürülməli olduğunu deyən türkiyəli müğənni Yıldız Tilbenin Kiprdə gerçəkləşməsi planlaşdırılan konserti ləğv edilib.

Teref.Az axşam.az-a istinadən xəbər verir ki, konsertin baş tutacağı hoteldən verilən açıqlamada deyilir:

"Y.Tilbenin adı heyvanlarla bağlı utancverici açıqlamasına görə qeyri-müəyyən müddətə bütün hotel və obyektlərimizdə baş tutmalı olan konsertlərin siyahısından çıxarılıb".

Qeyd edək ki, ifaçı sosial media hesabında "Sahibsiz itlərin olduğu ərazidə yaşayan insanlar onlara zəhərli ət versin ki, hamısı ölsün. İnsanları parçalamaq nədir?" sözlərini yazıb. İstanbul Barosu Heyvan Hüquqları Mərkəzi onun barəsində cinayət işi açıldığını bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru