Məşhur müğənni rus hərbçilərə qarşı dediyi sözlərə görə həbs edildi

19-03-2022, 08:56           
Məşhur müğənni rus hərbçilərə qarşı dediyi sözlərə görə həbs edildi
Ukraynalı müğənni İqor Levçenko rus hərbçilərinə qarşı zorakılığa təhrik etdiyinə görə həbs edilib.

Teref.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə "TASS" hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, məhkəmə Ukraynadan olan 25 yaşlı şəxs barəsində həbs-qətimkan tədbiri seçilməsini qərara alıb. O, fevralın 24-də instaqram hesabında rus hərbçilərinə qarşı nifrət və və düşmənçiliyin qızışdırılması, onları öldürmək və zorakılıq tətbiq etmək əlamətləri əks etdirən video yayımlayıb. Bu səbədən onun barəsində cinayət işi açılıb.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, həbs edilən şəxs ukraynalı müğənni İqor Levçenkodur.

Qeyd edək ki, daha əvvəl eyni səbəbdən saxlanılan ifaçı üzr istəyib və bunu sərxoş halda etdiyini açıqlayıb. İqor azadlığa buraxılsa da, daha sonra ona qarşı ekstremizm işi açılıb və yenidən saxlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru