Sevgilisi Van Damın bacısını oxlovla döydü

26-03-2022, 12:22           
Sevgilisi Van Damın bacısını oxlovla döydü
Məşhur aktyor Jan-Klod Van Damın bacısı Veronika van Varenberq sosial şəbəkədə Frederiklə tanış olduqdan sonra həyatı dəyişib.

Teref.Az lent.az-a istinadən xəbər verir ki, bir müddət hər şey yaxşı getsə də, Veronika hiss edib ki, Frederiki yalnız pul və Jan-Klodun məşhurluğu maraqlandırır. Buna görə də münasibətlərə son qoymaq qərarına gəlib. Təbii ki, Frederik bununla razılaşmayıb.

2017-ci il martın 17-də Frederik əşyalarını götürmək üçün Veronika gilə gəlib. Mübahisə zamanı Frederik aktyorun bacısını oxlovla döyüb. Zərbənin gücündən oxlov sınıb, qadının üz-gözü qana bulaşıb. Frederik qadını həkimə gətirib.
Polisə ifadəsində yıxıldığını bildirən qadın evə gəldikdə 30 000 avronun yoxa çıxdığını görüb. Lakin qadın o vaxt sevgilisindən şikayət etməyib, bir il sonra məhkəməyə müraciət edib.

Ötən gün keçirilən hazırlıq iclasında Frederik iştirak etməyib. Onu 6 ilədək həbs gözləyir. Məhkəmə hökmünü aprelin 28-də elan edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru