Ən yaxşı rejissor nominasiyasında "Oskar"ın qalibi açıqlanıb

28-03-2022, 09:19           
Ən yaxşı rejissor nominasiyasında "Oskar"ın qalibi açıqlanıb
Ceyn Kempion "Köpəyin gücü" (2021) filminə görə "Ən yaxşı rejissor" nominasiyasında "Oskar" mükafatını qazanıb.

Teref.Az Trend-ə istinadən bildirir ki, bu 67 yaşlı Yeni Zelandiyalı rejissorun adıçəkilən nominasiyada ilk "Oskar" mükafatıdır. Daha əvvəl 1994-cu ildə C.Kempion "Piano" filminə görə "Ən yaxşı orijinal ssenari" nominasiyasında "Oskar" qazanmışdır.

Bu il o, Stiven Spilberq, Ryusuke Xamaquti, Pol Tomas Anderson və Kennet Brana kimi rejissorlarla mübarizədən qalib çıxıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru