"Ən yaxşı aktrisa" nominasiyasında "Oskar"a o layiq görülüb

28-03-2022, 09:28           
"Ən yaxşı aktrisa" nominasiyasında "Oskar"a o layiq görülüb
Amerikalı aktrisa Cessika Çesteyn "Temmi Feyin gözləri" filminə görə ən yaxşı aktrisa nominasiyasında "Oskar" mükafatına layiq görülüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, film televiziya ulduzu Temi Fey Bekerin real həyat hekayəsindən bəhs edir. Bu film daha əvvəl aktrisaya ABŞ aktyorları Gildiyasının Mükafatını qazandırmışdır.

Bu Cessika Çesteynin üçüncü "Oskar" nominasiyasıdır. Daha əvvəl o, "Qulluqçu" və "Bir nömrəli hədəf" filmlərindəki rollarına görə adıçəkilən mükafata namizəd olmuşdur. İkinci film aktrisaya Qızıl Qlobus qazandırmışdır.

Ən yaxşı aktrisa nominasiyasında "Oskar" uğrunda həmçinin Oliviya Kolman, Nikol Kidman, Kristin Stüart və Penelopa Kruz mübarizə aparıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru