Ən yaxşı film nominasiyasında "Oskar" mükafatının qalibi açıqlanıb

28-03-2022, 09:42           
Ən yaxşı film nominasiyasında "Oskar" mükafatının qalibi açıqlanıb
Rejissor Şan Heyderin "CODA" filmi "Ən yaxşı film" nominasiyası üzrə "Oskar" mükafatına layiq görülüb.

Teref.Az Trend-ə istinadən bildirir ki, komik drama janrında çəkilən filmdə ailədə yeganə eşitmə qabiliyyətinə malik yeniyetmə qızın talehindən bəhs edilir.

Eyni zamanda ən yaxşı film adı uğrunda Ceyn Kempionun "Köpəyin gücü", Markus Qrinin "Kral Riçard", Deni Vilnyovun "Dune", Pol Tomas Anderssonun "Lakrik pizza", Stiven Spilberqin "Vest Sayd hekayəsi", yaponiyalı rejissor Ryusuke Xamaqutinin "Avtomobilimin sükanı arxasına əyləş", Adam Makkeyin "Yuxarı baxmayın", Gilyermo Del Toronun "Dəhşət xiyabanı" və Kennet Brananın "Belfast" filmləri mübarizə aparırdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.