“Avroviziya-2022”: Azərbaycan təmsilçisi 16-cı oldu - YENİLƏNİB + VİDEO
15-05-2022, 08:18
İtaliyanın Turin şəhərində keçirilən 66-cı “Avroviziya” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən mahnı 106 səs toplayıb.
Oxu.Az xəbər verir ki, ölkəmizi “Fade To Black” mahnısı ilə təmsil edən Nadir Rüstəmli müsabiqədə 16-cı yerdə qərar tutub.
00:35
İtaliyanın Turin şəhərində keçirilən 66-cı “Avroviziya” mahnı müsabiqəsində Azərbaycan təmsilçisi mahnısını səsləndirib.
Oxu.Az xəbər veir ki, 25 ölkənin qatıldığı müsabiqənin finalında Azərbaycanı təmsil edən Nadir Rüstəmli “Fade To Black” mahnısını ifa edib.
Həmin görüntüləri təqdim edirik:
14 may, 23:46
Xəbər verdiyimiz kimi, İtaliyanın Turin şəhərinin ev sahibliyi etdiyi 66-cı “Avroviziya” mahnı müsabiqəsinin finalı başlayıb.
Oxu.Az xəbər verir ki, 25 ölkənin qatıldığı müsabiqənin finalında “Fade To Black” mahnısını ifa edəcək Azərbaycan təmsilçisi Nadir Rüstəmli iştirakçıların təqdimatı zamanı səhnəyə çıxıb.