Nadir Rüstəmli “Avroviziya”nın səhnəarxası görüntülərini paylaşdı - VİDEO

18-05-2022, 09:37           
Nadir Rüstəmli “Avroviziya”nın səhnəarxası görüntülərini paylaşdı - VİDEO
Azərbaycanın “Avroviziya 2022” beynəlxalq mahnı müsabiqəsindəki təmsilçisi Nadir Rüstəmli “Instagram” səhifəsində yarışmanın yarımfinal və final mərhələsində lentə alınan videonu təqdim edib.

Burada tamaşaçıların İTV kanalında izlədiyi canlı yayıma düşməyən kadrlar yer alıb.

Müğənni videoya şərhində “Heç vaxt unuda bilməyəcəyim anlar üçün təşəkkür edirəm” yazıb və dəstək olan pərəstişkarlarına təşəkkür edib.

Xatırladaq ki, N.Rüstəmli Turində keçirilən müsabiqədə 16-cı yeri tutub. Münsiflər heyətinin və tamaşaçıların səsverməsinin nəticələrinə görə, o, 106 bal toplayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru