Məşhur türkiyəli cütlüyün toyu İtaliyada olacaq - FOTO 9-06-2022, 10:54 Türkiyəli məşhur aktrisa Özge Gürel və həmkarı Serkan Çayoğlu bu yay İtaliyada nikah bağlayacaqlar.İllər əvvəl yayımlanan “Kiraz mevsimi” serialının çəkilişləri zamanı eşq yaşayan cütlük şou-biznes aləmində nümunə göstərilənlər arasındadırlar.Ticarət mərkəzində jurnalistlərin suallarını cavablayan aktrisa toy mərasimi üçün niyə məhz İtaliyanı seçdiklərinə aydınlıq gətirib:“Bizdə xatirəsi var, oranı sevirik”.Xatırladaq ki, “Kiraz mevsimi” serialının bəzi bölümləri İtaliyada çəkilib.Mənbə: Sondakika Facebook-da paylaş