“Avroviziya” ulduzları Ukraynaya kömək etmək üçün bir araya gələcək - VİDEO 17-06-2022, 09:34 İyunun 21-də “Avroviziya” ulduzları Ukraynaya kömək etmək üçün bir araya gələcək.Belə ki, Amsterdamda “Embrace Ukraine– #StrivingTogether” telemarafonu keçiriləcək.Layihənin iştirakçıları “Avroviziya”nın 2013, 2014 illərinin qalibləri, həmçinin 2021 və 2022-ci illərdə müsabiqənin iştirakçıları olacaq.Tədbirə müsabiqənin ukraynalı qalibləri - “Kaluş Orkestri”, Jamala və Ruslana da qatılacaq. Tamaşaçıları həmçinin Verka Serduçkanın çıxışı gözləyir.Məlumatlara görə, tamaşaçılar üçün “Russia, Goodbye” adlı Avropa mahnısının yeni versiyası hazırlanır.Mənbə: “NikVesti” “Telegram” kanalı Facebook-da paylaş