ABŞ-dan olan pop müğənni Britni Spirs “Instagram” hesabını silib.
TMZ adı açıqlanmayan mənbələrə istinadla bildirib ki, müğənninin profili “Instagram”ın təşəbbüsü ilə silinməyib.
Ehtimal ki, ifaçı özü bunu edib.
Qeyd edək ki, müğənni ikinci dəfədir ki, şəxsi bloqunu dayandırmaq qərarına gəlir. Spirs əvvəlcə heç bir izahat vermədən hesabını mart ayında silmişdi, lakin daha sonra geri qayıtmaq və sosial şəbəkələrə fəal olmaq qərarına gəlmişdi.
Ulduz son vaxtlar sosial mediada çox aktiv idi. O hesabında ailəsi, evliliyi və qəyyumluğundan danışır, bəzən də çılpaq şəkillərini paylaşırdı.