Məşhur ulduzun nişanlısı toy günü öldü - FOTO

22-06-2022, 11:46           
Məşhur ulduzun nişanlısı toy günü öldü - FOTO
Böyük Britaniyada “X-Factor” şousu ilə məşhurlaşan 28 yaşlı müğənni Tom Mannın 34 yaşlı nişanlısı Danielle Hempson toy günü gözlənilmədən vəfat edib.

Cütlüyün səkkiz aylıq bir oğlu var idi.

Hempsonun ölüm səbəbi açıqlanmasa da, əvvəllər onun səhhətində bəzi problemlərin olduğu məlum olub.

Cütlük 2019-cu ilin dekabrında Londonda nişanlanıb.

“Stereo Kicks” qrupunun üzvü olmuş Tom Mann nişanlısını itirdikdən sonra sosial şəbəkədə emosional mesaj paylaşıb.

“Bu sözləri yazdığıma inana bilmirəm, amma həyatımın sevgisini, hər şeyimi itirdim. Sənin üçün əbədi olaraq darıxacağam”.





Mənbə: Daily Mail












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru