Namiq Qaraçuxurlu: “Heç vaxt xəyanət etməmişəm” – VİDEO

23-06-2022, 00:09           
Namiq Qaraçuxurlu:
“Mən heç vaxt xəyanət etməmişəm. Ona görə də xəyanəti bağışlamaram”.

Bunu Baku TV-də yayımlanan “O kimdir?” verilişinin budəfəki buraxılışında qonaq olan meyxana ustası Namiq Qaraçuxurlu deyib.

Həyatı ilə bağlı maraqlı məqamlara aydınlıq gətirən meyxanaçı Xalq artisti Aygün Kazımova ilə münasibətindən danışıb.

“Onunla niyə ayrıldığımız barədə danışa bilmərəm. Bəzən hirslənib, danışacağımı demişəm. Amma özümə nifrət etmişəm ki, kişinin bunu insanlar arasında danışmağı doğru deyil”, – deyə o qeyd edib.

“Meyxanaçı olmasaydım, siyasətlə məşğul olardım. Bəlkə də millət vəkili olardım”, – deyən N. Qaraçuxurlu siyasi proseslərə marağından da bəhs edib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru