Tom Kruz karyerasındakı ən böyük qonorarını alacaq

27-06-2022, 08:58           
Tom Kruz karyerasındakı ən böyük qonorarını alacaq
Hollivud ulduzu Tom Kruzun “Top Gun: Maverick” filmində ifa etdiyi roal görə 100-200 milyon dollar arasında qonorar ala bilər.

Belə ki, aktyorun filmdən qazancı iki hissədən ibarətdir: Çəkilişdə iştirak üçün birbaşa qonorar (13 milyon dollar), həmçinin filmin kassa gəlirlərinin əlavə faiz. “Top Gun: Maverick” ABŞ prokatında birinci olub və 500 milyon dollar gəlir əldə edib. Blokbasterin dünya miqyasındakı gəliri isə milyard dollar həddinə yaxınlaşıb. Bu o deməkdir ki, Kruz 100-200 milyon dollar arasında gəlir əldə edəcək və bu, aktyorun karyerasında ən böyük qonorar olacaq.

Qeyd edək ki, filmin dünya premyerası 75-ci Kann Film Festivalında olub. Tədbirdə 59 yaşlı aktyor karyerasındakı nailiyyətlərinə görə xüsusi mükafata layiq görülüb.

Mənbə: secretmag.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru