Britaniyanın ən böyük cekpotu uduldu

21-07-2022, 10:54           
Britaniyanın ən böyük cekpotu uduldu
Adı açıqlanmayan britaniyalı “Euromillions” lotereyasının tarixində ən böyük cekpotu qazanıb.

Qalibin biletində yeddi nömrənin hamısı uyğun gəlib. Bilet sahibinin alacağı rekord uduş 195,707 milyon funt sterlinq təşkil edib.

Qeyd edək ki, Böyük Britaniyada “Euromillions” cekpotu vergidən azaddır. Qazanılan pulla İngiltərənin peşəkar “Sauthempton” futbol klubunu və ya Londonun nüfuzlu “Mayfair” bölgəsində hovuzu, saunası və kinoteatrı olan malikanə almaq olar.

Mənbə: lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru