Merve Boluğur ilk dəfə səhnəyə çıxacaq: Biletin qiyməti eşidənləri təəccübləndirdi - FOTO

22-07-2022, 10:15           
Merve Boluğur ilk dəfə səhnəyə çıxacaq:
Aktrisalıq fəaliyyətini bir kənara atıb bundan sonra müğənni kimi çalışacağını qeyd edən Merve Boluğur bu gün ilk dəfə səhnəyə çıxacaq.

Ekran işlərinə ara verən Merve “Şşşttt” adlı mahnısını yayımlayıb.


Aktrisa bu mahnısından sonra sosial şəbəkə izləyiciləri tərəfindən xeyli tənqid olunub.

Bütün iradlara baxmayaraq, Boluğur bu gün Nişantaşıdakı məkanların birində səhnəyə çıxacaq.

İlk dəfə səhnəyə çıxacaq Boluğurun bilet qiymətini eşidənlər isə təəccüblərini gizlədə bilməyiblər.

Belə ki, bilet adambaşına 2 500 TL-dir (təxminən 240 manat).

Qeyd edək ki, Merve Boluğur “Acemi Cadı”, “Aşk yeniden”, “Küçük sırlar”, “Kuzey Güney” və “Muhteşem Yüzyıl” kimi ekran işlərində rol alıb. Uzun müddətdir heç bir layihədə yer almayan 34 yaşlı Boluğur son həftələrdə ilk mahnısı “Şşşttt” ilə musiqi sektoruna daxil olub.


Mənbə: Haber Global












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.