BBC telekanalı “Zukerberq” işçi adı altında üç hissəli serial çəkəcək.
Layihə 4 fevral 2004-cü ildə kollec tələbələrinin bir-biri ilə əlaqə saxlamasına kömək etmək üçün yeniyetmə tərəfindən işə salınmış “Meta/Facebook” saytının 20-ci ildönümünə təsadüf edəcək.
Serial şirkət tarixinin əsas simaları, şəxsi gündəliklər, arxiv materialları və insayderlərin sözlərinə çıxış əldə edəcək.
“Mark Zukerberq və “Facebook”un gözəl hekayəsi dövrümüzün ən böyük hekayələrindən biridir. O, şübhəsiz ki, bu yüzillikdə insan davranışı və kommunikasiyalarının transformasiyası üçün hər hansı digər insandan daha çox şey etdi. Mən çox şadam ki, sosial şəbəkə nəhənginin və onun arxasında duran insanın qeyri-adi hekayəsindən bəhs etmək imkanı əldə etdik”, - deyə icraçı prodüser Nensi Stranq bildirib.