Ayağı büdrəyən, şalvarı cırılan, ətəyi düşən YERLİ MƏŞHURLAR - VİDEO

25-07-2022, 10:53           
Ayağı büdrəyən, şalvarı cırılan, ətəyi düşən YERLİ MƏŞHURLAR - VİDEO
Səhənələr, efirlər bir sözlə, şou-biznes nümayəndələrinin olduğu heç bir yer söz-söhbətsiz, hadisəsiz ötüşmür. Bu dəfə mikrofonuna göz dəyən, ayağı büdrəyən, ətəyi düşən məşhurların başına gələn ektrimal vəziyyətlərdən danışacağıq. Görəsən şou nümayəndələrindən Kim? Harada? Hansı vəziyyətdə pərt olub?

BAKU.WS xəbər verir ki, bu dəfə məşhurlar "Şourum" mikrofonuna başlarına gələn ən ekstrimal vəziyyətlərdən danışıblar. Həmin tanınmışları oxuculara təqdim edirik:

Sözügedən ekstrimal vəziyyətlərdən biri Əməkdar artist Vəfa Zeynalovanın başına gəlib. O, tamaşada oynayarkən tərəf müqabili onun uzun ətəyinin üzərində əyləşib. Bu zaman aktrisanın ətəyi əynindən düşüb.

Müğənni Zamiq Hüseynov da səhnədə ektrimal hal yaşayan sənətçilərdəndir. Belə ki, konsert zamanı ifaçının mikrofonu işləməyib, o cümlədən soyuqda konsert verdiyi üçün dondurmadan musiqi aparatları işləməyib.

Toylardan birində Əməkdar artist Vasif Məhərrəmlinin ayağı altında stəkan qırıqları qalıb. Yıxılmaq təhlükəsi ilə üz-üzə qalan sənətçinin şalvarı cırılıb.

Sorğuda məşhur aparıcılarımız da iştirak ediblər. Onlar arasında Tural Əsədov, Leyla Quliyeva olublar. Aparıcılarımız təqdimat zamanı sırlamanı səhv saldıqlarını və mətni unutduqlarını etiraf ediblər.

Ətraflı videoda:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru