Smartfonlar üçün 450 meqapiksellik kamera hazırlanır

27-07-2022, 12:24           
Smartfonlar üçün 450 meqapiksellik kamera hazırlanır
“Samsung” şirkəti mobil kameralar üçün təsvir ölçüsü 450 meqapiksel olacaq yeni sensor hazırlayır.


Məlumata görə, şirkətin “Hexa2pixel” ticarət nişanının qeydiyyatı üçün Cənubi Koreya və Avropada təqdim etdiyi müraciətlər sözügedən matrisa üzərində işdən xəbər verir.

Qeyd edək ki, “Hexa2pixel” “Samsung”un əvvəlki nəsil matrisaları yaratmaq üçün istifadə etdiyi “Tetra2pixel” texnologiyasına bənzəyir. Lakin o, sələfindən iki dəfə daha böyük ölçülü şəkillər yaratmağa imkan verir.

Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru