Dünyanın ən gözəl qadını seçildi

27-07-2022, 12:24           
Dünyanın ən gözəl qadını seçildi
“Nubia” jurnalı dünyanın ən gözəl qadınını müəyyən etmək üçün səsvermə keçirib.

Səsvermədə 116 ölkədən bir milyondan çox insan iştirak edib.


Beş aylıq sorğuda respondentlərin çoxu cənubi koreyalı model, aktrisa və müğənni Kim Jisunun ən cazibədar qadın olduğunu bildiriblər.

Onun lehinə 500 minə yaxın insan səs verib.

İkinci yerdə tayvanlı müğənni və “Twice” qrupunun solisti Çjou Tzuyu qərarlaşıb. İlk üçlüyü isə tailandlı müğənni, reper və rəqqasə Lalisa Manoban qapayıb.

Qeyd edək ki, bir müddət öncə jurnal 2022-ci ildə dünyanın ən yaraşıqlı kişisini də müəyyənləşdirib. Bu ada çinli aktyor Syao Çjan layıq görülüb. O, 4 milyon səsdən təxminən 2,2 milyonunu qazanıb.

Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru