Hissə yeni maşını kim hədiyyə edib? - AÇIQLAMA

27-07-2022, 11:19           
Hissə yeni maşını kim hədiyyə edib? - AÇIQLAMA
Rep ifaçısı Hiss (Röya Məmmədova) yeni maşını ilə gündəmə gəlib.

Lent.az xəbər verir ki, ona yeni maşının hədiyyə edilməsi ilə bağlı bir çox iddialar özünü doğrultmayıb. Belə ki, repçi xanım bu məsələyə "Instagram" hesabının hekayə bölməsində aydınlıq gətirib.

Gənc ifaçı bildirib ki, bəzi xəbər saytlarının dünəndən bəri yalan məlumat vermələrinə görə qınayıb:

"Əziz və dəyərli xəbər saytları. Xahiş edirəm, xəbərləri paylaşanda başlıqları səhv fikirlərə yönəldəcək şəkildə yazmayın. Mən artıq "Opel"in simasıyam, bu, iş birliyidir. Maşını mənə heç kim hədiyyə etməyib. Maşın olmasaydı, qonorarı alacaqdım. Həm maşına gərək duyduğum, həm də çox bəyəndiyim üçün anlaşmanı "Mokka" qarşılığında etdik".

Qeyd edək ki, Hiss "İstəmirəm", "Karma" və s. kimi mahnıları ilə tanınıb.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.