Flora Kərimova MƏHKƏMƏYƏ VERİLDİ

28-07-2022, 00:03           
Flora Kərimova MƏHKƏMƏYƏ VERİLDİ
Xalq artisti Flora Kərimova barəsində xüsusi ittiham qaydasında məhkəməyə müraciət edilib.

Teref.az APA-ya istinadən xəbər verir ki, iddiada Flora Kərimovanın Cinayət Məcəlləsinin 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə mühakimə olunması istənilib.

Xüsusi ittihamçı Ülviyyə Alovludur. O, müğənninin ona böhtan atdığını əsas gətirərək həbsini tələb edir.

Həmin iş Nəsimi rayon Məhkəməsinin hakimi Solmaz Mustafayevanın icraatına verilib.

Məhkəmənin hazırlıq iclası avqustun 2-ə təyin edilib.

Flora Kərimovanın vəkili APA-ya bildirib ki, məhkəmə tərəfindən bildirişlər və şikayətin məzmunu onlara çatmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru