ABŞ-da reper ona nifrət edənlərə müraciət etdikdən 5 dəqiqə sonra güllələndi

28-07-2022, 11:25           
ABŞ-da reper ona nifrət edənlərə müraciət etdikdən 5 dəqiqə sonra güllələndi
ABŞ-da reper sosial şəbəkələrdə “heyter”lərinə (ona nifrət edənlərə) müraciət etdikdən bir neçə dəqiqə sonra güllələnib.

Bu barədə “İndependent” məlumat verib.

Amerikalı reper Rolli Bends sosial şəbəkələrdə onun yaradıcılığını tənqid edən insanlara həsr olunmuş yazı dərc edib. O, rəqiblərinə kobud şəkildə müraciət edib və deyib ki, “kimin ona sualı varsa, onu harda axtaracaqlarını bilirlər”.

“Bir çox insan mənim harada yaşadığımı bilir. Rahat yatıram”, – deyə musiqiçi yazıb.

Yazı dərc edildikdən təxminən beş dəqiqə sonra Rolli yaşayış kompleksinin dayanacağında güllələnib. O, təcili olaraq xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Qətldə şübhəli bilinən şəxslər avtomobillə qaçıblar, polis hələki onları saxlaya bilməyib.

“Hadisə bədbəxt hadisə kimi görünmür, çünki şübhəlilər və zərərçəkən bir-birini tanımış ola bilər”, - deyə polis hadisə ilə bağlı şərh verib.

Mənbə: Gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru