Orhan Gencebaydan pərəstişkarlarını qorxudan xəbər - FOTO

29-07-2022, 09:32           
Orhan Gencebaydan pərəstişkarlarını qorxudan xəbər - FOTO
Türkiyənin məşhur sənətçisi Orhan Gencebay pərəstişkarlarını qorxudub.

Bodrumda tətildə olan Gencebay istirahəti zamanı bədbəxt hadisə ilə üzləşib.

Belə ki, 77 yaşlı ifaçı şezlonqu açmağa çalışarkən sol əlinin şəhadət barmağını zədələyib.

Tez xəstəxanaya çatdırılan sənətçinin barmağını sındırmaq dərəcəsində zədələdiyi aşkarlanıb.

“Cərrah üçün onun əlləri nə qədər önəmlidirsə, musiqiçi üçün də elədir. Saz çalarkən sol əlimdən istifadə edirəm. Əgər şəhadət barmağımı itirsəydim, musiqi həyatım bitəcəkdi. Hazırda barmağımda 11 tikiş var”, - deyə Gəncəbay qeyd edib.


Mənbə: Haber Global












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru