Xərçəngə yoluxan Zeynəb Həsənidən səhhəti ilə bağlı AÇIQLAMA - VİDEO

30-07-2022, 11:47           
Xərçəngə yoluxan Zeynəb Həsənidən səhhəti ilə bağlı AÇIQLAMA - VİDEO
Xərçəng xəstəliyinə yoluxan müğənni Zeynəb Həsəni səhhətindən danışıb.

BAKU.WS xəbər verir ki, hazırda Türkiyədə olan sənətçi vəziyyəti ilə bağlı "Elgizlə izlə" verilişinə açıqlama verib. Zeynəb müayinələrdən sonra onda xərçəng xəstəliyi aşkarlandığını, buna görə də əməliyyat olunduğunu bildirib:

"Bir az problemim var idi. Özümdə narahatlıq hiss etdim və həkimə gəldim. Müayinələrdən keçəndə məndə bu xəstlik aşkarlandı. İnşallah müalicələrlə keçəcək. Əməliyyat olundum".

Qeyd edək ki, müğənninin anası bir müddət əvvəl xərçəngdən vəfat edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru