Stinq konsertini dayandırıb Ukraynanı dəstəklədi – VİDEO

1-08-2022, 10:23           
Stinq konsertini dayandırıb Ukraynanı dəstəklədi – VİDEO
Britaniyalı musiqiçi Stinq Varşavada konsert verib.

Tədbir zamanı o, Ukraynanı dəstəkləyən bəyanatla çıxış edib. Musiqiçi bu ölkədəki müharibəni absurd adlandırıb.

“Ukraynadakı müharibə yalanlar üzərində qurulmuş absurddur. Bu yalanı udsaq, bizi yeyəcək. Amma yalanlar həqiqətdən çox qorxur. Həqiqət eşidilməlidir. Biz bu döyüşü uduza bilmərik”,- deyə Stinq bildirib.

O əlavə edib ki, demokratiya səmərəsiz ola bilər, çaşqınlıq və məyusluq yarada bilər. Ancaq bunun üçün hələ də mübarizə aparmaq lazımdır.

Həmçinin, Stinq qeyd edib ki, hazırda Rusiya prezidenti Vladimir Putin xalqına, bütün dünyaya və ilk növbədə özünə yalan danışır. Ona görə də bununla mübarizə aparılmalıdır.

Xatırladaq ki, Stinq daha əvvəl həyat yoldaşı ilə birlikdə Ukraynaya maliyyə yardımı da edib.


Mənbə: unian.net












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.