Məşhur müğənni heç vaxt Rusiyaya qayıtmayacaq: “Bundan söhbət belə gedə bilməz”

2-08-2022, 07:54           
Məşhur müğənni heç vaxt Rusiyaya qayıtmayacaq:
Ukraynalı müğənni Svetlana Loboda etiraf edib ki, onun Rusiyaya qayıtması “mümkün deyil”.

TİA.AZ xəbər verir ki, bu barədə sənətçi gürcü jurnalist Noe Sulaberidzeyə müsahibəsində danışıb. Rusiyanın Ukraynadakı hərbi əməliyyatını kəskin şəkildə pisləyən pop-ulduz bildirib ki, uşaqları ilə birlikdə çətin sınaqlardan keçir.

“Mən Moskvaya qayıdıb Rusiyada yaşamaq barədə ümümiyyətlə düşünmürəm. Bundan söhbət gedə bilməz. Böyük qızım xahiş edir ki, Rusiyaya qayıdaq. Uşaqlar ümumiyyətlə yeni reallığa uyğunlaşmaqda çətinlik çəkirlər. Onlara bu haqda çox danışdım, niyə qala bilmədiyimizi izah etdim. Məni eşidir, anlayır və dəstəkləyir, amma bu onun üçün çox çətindir. Deyir ki, dostlarım üçün çox darıxıram. Lakin bizim vəziyyətimiz elə həddə çatıb ki, geri dönə bilmərik və dönməyəcəyik.

Matilda kiçikdir, onun dörd yaşı var. Məndən tez-tez soruşur ki, niyə başqa evdə yaşayırıq, niyə başqa ölkəyə köçürük. Ona deyirəm ki, biz dünyanı gəzirik, müxtəlif yerlər görürük, onun müxtəlif uşaqlarla tanış olmasını istəyirəm. Və bu, bir cür onu sakitləşdirir”, – ifaçı bildirib.

Loboda müsahibəsində hazırda Riqada yaşadığını, anası ilə birlikdə oraya köçdüyünü, atasının isə Kiyevdə qaldığını qeyd edib. Çətinliklərə baxmayaraq, Loboda belə dramatik dəyişikliyin üstünlüklərini də açıqlayıb. O, qızları ilə heç vaxt olmadığı qədər çox vaxt keçirir, müharibə başlayandan sonra konsert fəaliyyətini də dayandırıb. Bununla belə müğənni bu yaxınlarda Avropa və ABŞ-da yeni xeyriyyə konsertlərinə başlayacağını açıqlayıb.

Qeyd edək ki, Loboda Rusiyanın Ukraynaya hücumunu pislədiyi üçün onun ölkəyə girişinə qadağa qoyulub.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.