90-cı illərin əfsanəvi “pleyer”i geri qayıtdı - FOTO

2-08-2022, 11:34           
90-cı illərin əfsanəvi “pleyer”i geri qayıtdı - FOTO
1990-cı illərdə və 2000-ci illərin əvvəlində məşhur olan “Winamp” musiqi pleyeri yeni versiyada geri qayıdıb.

Bildirilir ki, yenilənmə “beta” versiyada mövcuddur. Tərtibatçılar media pleyerinə “Windows 11”lə uyğunluq, “.itz”, “.mdz”, “.s3z” və “.xmz” audio faylları üçün dəstək, podkastlar və yayım üçün bölmə əlavə ediblər. Yeniləmə müəllifləri bəzi səhvləri də düzəldiblər.

İnternet istifadəçilər arasında əfsanəvi sayılan pleyerin yeni versiyası “Windows XP” və “Vista” üçün dəstəyi aradan qaldırıb. “Winamp”ı quraşdırmaq və işə salmaq üçün “Windows 7” və ya “Microsoft”dan daha yeni əməliyyat sistemi olmalıdır.



Mənbə: Gearrice












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru