Beyons rekorda imza atdı

3-08-2022, 00:03           
Beyons rekorda imza atdı
Beyons rekorda imza atdı

Dünyaşöhrətli müğənni Beyonsun yeni "Renaissance" albomu “Spotify” musiqi yayım platformasında dinləmə rekorduna imza atıb.

"Paralel.az" xəbər verir ki, albom iyulun 29-da 43 milyon dəfə dinlənilib. Bu, 2022-ci ildə qadın sənətçiləri arasında albom uğuruna görə ən yaxşı göstərici hesab olunur.

Bundan əlavə, alboma daxil olan bütün mahnılar “Spotify” musiqi yayım platformasında ilk top 25-ə düşərək, onlardan yeddisi top 10-a daxil olub.

Rekorda imza atan Beyonsun albomu üç il ərzində hazırlanıb. "Renaissance" ifaçının altı illik fasilədən sonra hazırladığı sayca yeddinci studiya albomudur.

Qeyd edək ki, 40 yaşlı Beyons qadın müğənniləri arasında ən çox “Qremmi” musiqi mükafatı sahibidir. Onun hesabında 28 mükafat heykəlciyi var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru